İŞİD-in gürcü komandiri əş-Şişani öldürüldü
ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar əş-Şişanini zərərsizləşdirib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.
Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi