"Kia" aşdı: 2 ölü, 2 yaralı
İmişlidə 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, qəza İmişli-Bəhrəmtəpə avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Göbəktala kəndi ərazisində qeydə alınıb. Məhəmməd Bəylər oğlu Həsənov idarə etdiyi “Kia” markalı minik maşını ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Qəza zamanı avtomobil çevrilib. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Elvin Natiq oğlu Əhmədov və Azad Mirələm oğlu Məmmədov hadisə yerində ölüblər. Sürücü və digər sərnişin Elməddin Əhmədov isə ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib