Putin: "Türkiyə xalqı ilə birgə yasdayam"
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ankarada baş vermiş terror hadisəsini pisləyib və Türkiyə xalqına başsağlığı verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezident Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Rusiya prezidenti, insan itkiləri ilə nəticələnən növbəti terror aktına məruz qalmış türk xalqı ilə birlikdə kədərlənir. Terror hadisəsini qətiyyətlə qınayır. Hadisə nəticəsində ölənlərin yaxınlarına səbr, yaralananlara isə, Allahdan şəfa diləyir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin başsağlığı mesajı Ankaradakı partlayışdan 4 saat sonra yayımlanıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib