Tovuzda 60 yaşlı sürücü qətlə yetirildi
Tovuzda qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Ötən gecə saat 4:00 radələrində kənd sakini, 1956-cı il təvəllüdlü Qulu Hümbət oğlu Alıməmmədov bıçaqlanaraq qətlə yetirilib. Məlumata görə, Qulu Alıməmmədov şəxsi mikroavtobusu ilə Tovuz-Gəncə marşrutu üzrə sərnişin daşıyırmış.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, qətlin kim tərəfindən törədildiyi məlumdur. Hazırda cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib