Bank Of Baku

"Qədim musiqi alətləri” ansamblının yaradıcısı vəfat edib

# 15:24
3 oktyabr 2013

"Qədim musiqi alətləri” dövlət ansamblının yaradıcısı və bədii rəhbəri, Azərbaycan  musiqi tarixi və ədəbiyyatında ciddi simalardan biri olan Məcnun Kərimov 68 yaşında dünyasını dəyişib.

 

APA TV-nin xəbərinə görə, Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» şöbəsini bitirib. 1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.

 

Məcnun Kərimov 1996-cı ildə «Qədim musiqi alətləri» dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR