Xarici səyyahlar Şuşa şəhərinə səfər ediblər

# 17:54
8 sentyabr 2022

20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyahın Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Səfər çərçivəsində səyyahlar Şuşada olub. APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, nümayəndə heyətinə Şuşa şəhəri, onun tarixi və turizm potensialı barədə ətraflı məlumat verilib. Eyni zamanda, qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Diqqətə çatdırılıb ki, Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb. Beynəlxalq səyyahlar Bülbülün, Natəvanın və Üzeyir Hacıbəyovun ermənilər tərəfindən güllələnmiş heykəlləri ilə tanış olublar. Dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Şuşa şəhərindən sonra Ağdama yola düşəcək. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasıdır. Qeyd edək ki, belə səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyyah iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR