Ağdaş sakini özünü atasının qəbri üstündə öldürdü - MÜƏMMA
Ağdaş rayonunda intihar hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cüvə kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Muradov Teymur Soltan oğlu atasının məzarı üstündə özünü ov tüfəngi ilə güllələyib. İki övladı olan Teymur Muradov aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.
İntiharın səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib