Rəsmi Brüssel: Hava limanında və metroda baş verən partlayışlar terror aktıdır
Brüssel hava limanında və metroda baş verən 2 partlayışın terror aktı olduğu açqlanıb. APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, Belçika hökuməti belə bir bəyanat yayıb.
Bildirilir ki, hava limanında daha bir partlayıcı qurğu işə salınmadan tapılıb və zərərsizləşdirilib.
Belçika paytaxtında partlayış törədilən Şuman və Malbek stansiyaları isə Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının binalarının yaxınlığında yerləşir.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar