“Bəlkə qızın qohumları nəsə edib ona”- İtkin düşən şəxsin anası APA TV-yə danışdı

# 16:19
10 mart 2023

İranda yoxa çıxmış Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin tapılması üçün rəsmi qurumlara müraciət olunub. Amma hələ ki, Fəriddən heç bir məlumat yoxdur.

26 yaşlı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib ki, Fəridə dostları Tehran-İstanbul-Berlin reysi üzrə bilet alıblar. Lakin İstanbul aeroportundakı polisdən aldıqları məlumata görə, Fərid həmin reyslə İstanbula daxil olmayıb. Və artıq 6 gün keçir. Məsələ ilə bağlı Azərbaycan XİN  İranın ölkəmizdəki səfirliyinə nota da ünvanlayıb. Bu da gözü yolda, qulağı səsdə qalan anaya az da olsa, oğlunun tapılması üçün ümid olub.

Hazırda Amaniyada xəstəxanaların birində kordioloq kimi fəaliyyət göstərən Dilarə Əsgərova deyir ki, oğlu 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli Almaniyanın Yena Universitetinin iqtisadiyyat fakultəsinin tələbəsidir. Bir müddət əvvəl Almaniyaya təhsil aldığı universitetə praktikaya gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub və onunla görüşmək üçün İstanbula gedib.Oradan da İrana keçib. Dilarə Əsgərova onu da bildirdi ki, həmin xanımı tanımır. Bu barədə  hətta Fəridin tələbə yoldaşlarından da məlumat almağa çalışıb, amma onun kimliyi barədə heç birinin məlumatı yoxdur. Ana iddia edir ki, bələkə də Fəridin yoxa çıxmasına səbəb görüşdüyü qızın adamlarıdır.

Qeyd edək ki, Fərid Səfərli 20 fevral tarixində İran İslam Respublikasına səfər edib. 4 mart tarixindən etibarən ondan xəbər almaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR