Bank Of Baku

Brüsseldə hava limanında terror törədənlərin kimliyi açıqlandı - İKİ QARDAŞ

# 11:28
23 mart 2016

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub. APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb.

 

Terror aktını törədənlərin Belçika vətəndaşları olan Bakraui qardaşları olduğu deyilir.

 

Xatırladaq ki,  Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR