Cəlilabadda qaz istismar sahəsinin əməkdaşları döyülüblər
Cəlilabadda qaz istismar sahəsinin işçiləri borclu abonentlərin təcavüzünə məruz qalıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb. Kənddə borcu abonentlərin qaz xətləri kəsilən zaman bir neçə yerli sakin idarənin qaynaqçısını döyüb. Bu vaxt kənd sakinlərini ayırmağa çalışan digər işçilər də onların qəzəbinə tuş gəlib. Nəticədə Qaz istismar sahəsinin 3 əməkdaşı müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə də məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı