Azərbaycanda qadın sürücü "parkovşik"i döydü
Sumqayıtda parklanma nəzarətçisi döyülüb.
Lent.az xəbər verir ki, hadisə aprelin 5-i "Karvan" ticarət mərkəzinin qarşısında qeydə alınıb. Ad soyadı hələlik bilinməyən qadın sürücü avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini döyüb.
Hadisə anı ətrafda olanlar tərəfindən telefon vasitəsilə lentə alınıb.
Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, hadisə ilə əlaqədar həmin nəzarətçi polisə dəvət olunacaq. Əgər o, şikayətçi olarsa həmin qadın da polisə dəvət olunacaq və barəsində müvafiq tədbir görüləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu