Dubayda yaşayış kompleksi belə yandı - HADİSƏ YERİNDƏN
Birləşmiş Ərəb Əmirliklərində Acman və Şarca əmirliklərinin sərhədində 12 binadan ibarət yaşayış kompleksi yanıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, yanğın əvvəlcə iki binada başlayıb.
Daha sonra yanğın digər binalara da keçib. "Acman Uan" adlı yaşayış kompleksinin bütün sakinləri təxliyə edilib.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Binalarda insan qalıb-qalmadığı barədə məlumat verilmir.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı