Azərbaycanın folklor paytaxtında BAYRAM
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Zaqatala rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Xaql sənəti, el təranələri” Ümumrespublika Xalq Yaradıcılığı Bayramı keçirilib. Bu münasibətlə Zaqatalada keçirilən bayram tədbirində Masallı, Şamaxı, Balakən, Şəki və Qaxdan folklor qrupları iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, 2013-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə qızılgüllər diyarı olan Zaqatala Azərbaycanın folklor paytaxtı elan olunub. Zaqatala Azərbaycanın ən gözəl rayonlarından biridir. Təbiəti qədər indsanlarıı da gözəldir. Amma Zaqatalanın özəlliyi ondan ibarətdir ki, nisbətən balaca bir ərazidə çoxlu sayda milli azlıqlar yaşayır. Bu insanlar öz dillərini, mədəniyyət, folklor və mətbəxlərini qoruyub saxlayırlar. Zaqatalanın mədəniyyət və incəsənət xadimləri bir çox beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak ediblər. Eyni zamanda Azərbaycanda ilk dəfə təşkil edilən gənclərin folklor festivalı, Avropa İrs Günləri tədbirlərində Şəki-Zaqatala iqtisadi zonasına daxil olan rayonlar fəallıq göstəriblər.
Qeyd edək ki, bayram tədbirində müğənnilərdən Sevda Yəhyayeva, Könül Kərimova, Vasif Məhərrəmli, Xatun, Gülüstan Əliyeva, Nazənin, Elvin Məmmədov da iştirak edib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib