Aran bölgəsində qurbanlıq heyvanların SATIŞ QİYMƏTİ ARTIB
Qurban bayramı ərəfəsində Aran bölgəsinin sakinləri qurbanlıq heyvan axtarışındadır. Bu məqsədlə Göyçayda təşkil olunan mal bazarına 200 baş iribuynuzlu heyvan, 3500 baş isə xırdabuynuzlu heyvan çıxarılıb. Hər dəfə olduğu kimi, Qurban bayramı öncəsi bu bazarlarda vəziyyət bir az gərginləşib. Alıcıların çoxalması qiymət atımına səbəb olub. Bazarda çalışanların sözlərinə görə, qoyunların qiyməti 90-200 manat arasında, iribuynuzlu mal-qaranın qiyməti isə 700-1500 manat arasında dəyişir. Əsasən qurbanlıq qoyunların qiymətində 10-30 manat artım müşahidə olunur.
Qoyun və dana ətinin qiyməti isə stabil qalmaqdadır. Qoyun ətinin bir kiloqramı 9 manata, dana əti isə 8 manata satılır.
Göyçay rayon Baytarlıq İdarəsinin rəisi bayram qabağı gücləndirmiş iş rejiminə keçdiklərini və heyvan satış yerlərinə nəzarət olunduğunu deyib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib