Nijeqorodda 27 AVTOMOBİL QAÇIRMIŞ AZƏRBAYCANLInın məhkəməsi başlayır
Nijeqorodda avtomobil oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti üzrə istintaq işinin materialları məhkəməyə göndərilib. 32 yaşlı Azərbaycan vətəndaşının başçılıq etdiyi dəstəyə daha iki nəfər daxil olub. Onların son 3 ildə Nijeqorodda 27 vətəndaşın avtomobilini qaçırdıqları müəyyənləşib. Dəstə üzvləri Rusiya istehsalı olan avtomobillərin qaçırılması üzrə ixtisaslaşıb. Onlar oğurluq avtomobilləri saxta sənədlərlə başqa şəhərlərdə satırmış. Cinayət işinə Sormovsk rayon məhkəməsində baxılacaq. İttihamlar təqsdiqini tapsa, qrup üzvlərini 10 ilədən azadlıqdan məhrumetmə cəzası gözləyir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib