Bakı-Tiflis-Qars dəmiryol xəttində faciə: 1 ÖLÜ, 2 YARALI
Bakı-Tiflis-Qars dəmiryol xəttinin Türkiyə hissəsinin inşaatında faciə baş verib. APA-nın Doğan Xəbər Agentliynə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hadisə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunun Göyərçin kəndində baş verib.
Dəmiryolunun keçəcəyi tunelin inşaası zamanı əvvəlcədən hazırlanmış beton piltələrin bağlandığı dəmir qırılıb.
Beton piltənin altında qalan 2 fəhlədən biri- 23 yaşlı Bünyamin Arslantaş ölüb, digəri 27 yaşlı Gökhan Tunçsoy və iş yoldaşlarını xilas etməyə çalışan, 33 yaşlı Mustafa Özen isə yaralanıblar.
Yaralılar Qars Dövlət Xəstəxanasına yerləşdiriliblər.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib