Azərbaycanda KRİMİNAL AVTORİTET tutuldu
Azərbaycanda kriminal avtoritet həbs edilib. Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Ramil Mirzəyev kriminal aləmdə “Lal” ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda “Saşa” ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R. Mirəzyev şəhərdə “obşak”a baxırmış.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib