Londonda terror aktı hazırlamaqda şübhəli bilinən AZƏRBAYCANLI AZADLIĞA BURAXILIB
Londonda terror aktı planlaşdırmaqda ittiham olunaraq həbs edilmiş dörd nəfərdən ikisinə rəsmi ittiham irəli sürülüb. APA TV-nin məlumatına görə, ittiham irəli sürülən şəxslər Əlcəzair və Türkiyə vətəndaşlarıdır. Adları açıqlanmayan bu şəxslərin terror təşkilatları ilə əlaqəsi olduğu güman edilir. İstintaqın versiyasına görə, saxlanan dörd Britaniya vətəndaşı Keniyada Uestqeyt ticarət mərkəzində törədilən terror aktının bənzərini Londonda törətməyə hazırlaşıblar. Həmin şəxslərin silahlı olduğu, uzun müddət polis və Mİ-5 kəşfiyyat qurumu tərəfindən izləndiyi də qeyd edilir. Xatırladaq ki, saxlanan şəxslərdən biri adı açıqlanmayan azərbaycanlıdır. Onun Britaniya vətəndaşlığını qəbul etdiyi bildirilir. Bəzi məlumatlara görə, istintaqdan sonra 28 yaşlı azərbaycanlı azadlığa buraxılıb. Onunla birlikdə saxlanan dördüncü nəfərin, əslən Pakistandan olan Britaniya vətəndaşının da azadlığa buraxıldığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib