Marixuana satarkən yaxalandı
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qax rayon sakini tutulub. Qax rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, şöbənin əməliyyat-axtarış qrupu rayonun Uzuntala kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Hüseyn Əşrəf oğlunu həbs edib. Hüseyn Süleymanov rayonun Qıpçaq kəndi ərazisindəki yeməkxanada narkotik vasitə hesab edilən, 290 qram yaş kütlə halında marixuananı 40 AZN-ə şərti alıcıya satarkən yaxalanıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində Hüseyn Süleymanov barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib