Aydın Əliyev: "Avtomobillərin idxal rüsumunun azaldılması gündəmdə deyil"
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Tovuzda vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbula Ağstafa, Qazax, Gədəbəy və Şəmkir rayonlarından olan 50-yə yaxın sakin qatılıb. Görüşdə səslənən müraciətlərin əksəriyyəti məişət sertifikatının verilməsindəki problemlərlə bağlı olub. Komitə sədri Aydın Əliyev idxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük rəsmiləşdirilməsi üzrə mütərəqqi metodların tətbiqinin, o cümlədən bütün əməliyyatların elektron qaydada aparılması zamanı vaxt itkisinin aradan qaldırılmasına müsbət təsir olacağını vurğulayıb.
Həmçinin, görüşdə bildirilib ki, Ağstafa rayonun Sadıxlı kəndində yeni keçid məntəqəsi ilə bağlı iki ildir ki, Gürcüstan Respublikası ilə danışıqlar aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib