Müəllim, direktor və müavinlərinin maaşlarına əlavələr ediləcək

# 17:36
18 avqust 2022

Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb. APA TV-nin məlumatına görə, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib: - direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə); - təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə). Nazirlər Kabineti nəzərdə tutulan əlavələrin məbləğlərini 2022-ci il sentyabrın 1-dək təsdiq edərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR