Şamaxıda məcburi köçkün bıçaqlandı
Şamaxının Kələxana kəndində bıçaqlanma hadisəsi baş verib. Cəbrayıl rayonundan olan və Kələxana kəndində məskunlaşan məcburi köçkün 29 yaşlı Vəzir Abduləliyev 31 yaşlı Mahmud İslamov tərəfindən bıçaqlanıb.
İşdən evə qayıdan Vəzir Abduləliyev və Mahmud İslamovla əvvəlcə zarafatlaşıblar. Sonra aralarında mübahisə yaranıb. Mahmud İslamov cibində gəzdirdiyi bıçaqla Vəzir Abduləliyevə 3 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Vəzir Abdulaliyev baş, ağ ciyər və öd kisəsindən xəsarət aldığından dərhal xəstəxanaya çatdırılıb.
APA TV-nin xəbərinə görə, hadisəni törədən şəxs Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq səbəbi araşdırmalardan sonra müəyyən olunacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib