Əli Əhmədov yeni vəzifəsindən danışdı
"Qarşıya qoyulan vəzifələr səhiyyə xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir".
APA TV-nin xəbərinə görə, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında yeni təyinatı ilə bağlı ona tapşırılan sahədən danışarkən belə deyib.
"Müalicə üçün Azərbaycandan kənara gedən insanların da sayı azalsın. Güman edirəm ki, belə hallar gələcəkdə tamamilə aradan qaldırılacaq və insanların Azərbaycandan kənara müalicə ehtiyacı ilə əlaqədar getməsi çox nadir hallarda olsun. Əks halda, hesab edirəm ki, bu, Azərbaycan həkimlərinin peşəkarlıq səviyyəsinə vətəndaşlarımız tərəfindən inamsızlığın itirilməsinin ifadəsi ola bilər”.
Noyabrın 8-də Yeni Azərbaycan Partiyası növbəti humanitar aksiya həyata keçirib. Partiyanın üzvləri Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında qan veriblər.
Aksiyada YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı və digər şəxslər də iştirak ediblər.
Qan verənlər arasında partiyanın Gənclər Birliyindən 100-dən artıq nümayəndə iştirak edib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib