Kəlbətinlə azərbaycanlı gəncə işgəncə verdilər
İranda molla rejimi daha bir güneyli gənci işgəncələrə məruz qoyub.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, terrorçular kəlbətinlə azərbaycanlı gəncin barmaqlarını sındırıb.
Artıq 3 aya yaxındır ki, Təbrizdən olan azərbaycanlı gənc Şəhriyar Cəfəri qeyri-müəyyən müddətə həbsdədir və onun ailəsinin müraciətinə hələ də cavab verilməyib.
Şəhriyar Cəfəri Təbriz Polis Qüvvələrinin Kəşfiyyat İdarəsi tərəfindən həbs edilib və həmin idarənin repressiyaçıları tərəfindən dəfələrlə və dözülməz işgəncələrə məruz qalıb. Şəhriyarın üzünə çəkmə ilə zərbələr vurulub, kəlbətinlə onun barmaqları sındırılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu