65 yaşlı Mingəçevir
Mingəçevir şəhərinin əsasının qoyulmasının 65 illiyi münasibətilə “Şəhər günü” adlı bayram mərasimi təşkil olunub. Sahil parkında keçirilən yubiley tədbirində Milli Məclisin deputatları, Mingəçevirin qardaşlaşdığı Belarusun Polosk, Türkiyənin Qars şəhərindən gələn qonaqlar və minlərlə yerli sakin iştirak ediblər. Məlumat verilib ki, gənc sənaye şəhəri olan Mingəçevirin əsası 1948-ci il noyabrın 11-də qoyulub. Mingəçevirin ərazisi isə yaşayış məntəqəsi kimi çox-çox qədim tarixə malikdir.
Bayram münasibətilə Mingəçevir sakinlərini təbrik edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, 65 il öncə bünövrəsi qoyulan bu şəhər qısa zaman kəsiyində ölkənin sənaye sahəsinin inkişafına öz töhfəsini verib.
Yubiley tədbiri respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı və atəşfəşanlıqla başa çatıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib