“Fransa Cənubi Qafqaz regionunda Napoleonluq etmək istəyir”

# 13:53
24 fevral 2023

“Rusiyanın Ukraynada ikinci xüsusi əməliyyat olaraq başlatdığı, sonra əsl savaşa çevrilən olayların birinci ildönümündə diqqəti Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağda baş verən insidentlərə yönəltmək istəyirəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev bildirib.

Sahib Alıyev deyib ki, Fransa Cənubi Qafqaz regionunda napoleonluq etmək istəyir: “Müsyö Makron boyu Napoleondan 21 sm hündür olsa da, digər göstəricilərinə görə km-lərlə geridədir. Elə Fransa da o Fransa deyil, sadəcə, yırtıcı mahiyyəti qalmaqdadır. Bu dövlətin Ermənistana jandarmlarını göndərməsi haylara sevgi yox, yırtıcılıqdır. Bəzi yırtıcı dövlətlərin təhriki, yaxud onlara güvənilərək bizim üçün yetərincə uğurlu keçən Münxen görüşündən sonra regionda yenidən gərginlik yaradılır. Təkcə şərti sərhəddə deyil, Qarabağda Rusiya kontingentinin gözü qarşısında Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması bu gün rəqib kimi görünənlərin sabah müttəfiqlik edə biləcəklərindən xəbər verir. Yeri gəlmişkən, könlündən onlara yandaşlıq keçən bir ölkə - İran da var”. Deputat Avropa İttifaqının mülki missiya adı altında “de-fakto” hərbçilərin və kəşfiyyatçıların göndərilməsinə diqqət çəkib və İranın buna qarşı susduğunu qeyd edib, İranı xainlikdən əl çəkməyə çağırıb: “Çünki Fransa bu regiona 100 min jandarma göndərsə də, İran onları əmmamə, üzük, təsbeh və başqa şeylə təmin etsə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz yarımçıq qalmış işlərimizi tamamlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR