Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi
Azərbaycan Müdafiə Nazirliyində yeni təyinatlar olub. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Müdafiə naziri Zakir Həsənovun əmri ilə Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Şəmsəddin Abuşov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə Nizami Əlibəyov təyin edilib. Müdafiə nazirinin digər bir əmri ilə Müdafiə Nazirliyinin Raket-Artilleriya Qoşun Xidmətinin rəisi Yaqub Əhədov da vəzifəsindən azad olunub. Nazirliyin Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Rəhim Cəfərov isə sərəncama göndərilib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib