Hava kəskin soyuyacaq
Noyabrın 15-i və 16-da ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Bu günlərdə temperatur 5-7 dərəcə düşəcək. Baş hidroloq Asif Verdiyev APA TV-yə deyib ki, noyabrın 15-də günün ikinci yarısı ölkə ərazisində hava şəraitnin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir və arabir güclənən güclü şimal qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Ayın 15-də Bakıda və Abşeron yarmadasında gündüz saatlarında havanın temperaturu 18, ayın 16-da isə 12-14 dərəcə isti olacaq.
Bakıda və Abşeron yarmadasında ayın 15-də günün ikinci yarısından başlayaraq, 16-da yağışla bərabər küləkli hava şəraiti üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarmadasında ayın 15-i günün ikinci yarısında və 16-da gücül şimal qərb küləyinin əsməsi eyni zamnda atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və temperaturun aşağı düşməsi gözlənilir ki,bu da meteohəssas inasanlar üçün əlverişsiz olcaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib