Daha çox oğlanlarda olur: Tez-tez göz qırpır, burun çəkirsə, diqqətli olun

# 16:52
8 avqust 2023

Tik, ani və istəmədən baş verən, eyni zamanda, əzələ sıxılması ilə müşahidə olunan problemdir. Bu hərəkət çox vaxt refleks halında təkrarlanır və bəzən insanın özü də fərqinə varmır. Tikin ən çox tanınan simptomları üz əzələlərinin davamlı hərəkəti, göz qapaqlarının çox açılıb bağlanması, boyun əzələlərində yaranan tiklər, lazım olmadığı halda tez-tez burun çəkmə, anidən gələn öskürmələr, udqunma və udurmuş kimi hərəkət etmə, boğaz təmizləyirmiş kimi hıçqırmaq, yaxud özünü boğaz təmizləməyə məcburetmə tikləri, qollarını və ayaqlarını yelləmək, barmaq çatlatmaq, qaşları tez-tez qaldırıb endirmə və s. Nevroloqların fikrincə, tiklər özünü, əsasən uşaqlıq dövründə biruzə verir. Lakin bəzi hallarda, yetkinlik yaşına kimi davam edir. ¬ Valideynlər tərəfindən hədsiz psixoloji yüklənmələr uşaqlarda problemin yaranmasına və mövcud narahatlığın daha da dərinləşməsinə səbəb olur. Müəyyən yaşa çatdıqdan sonra tiklər müalicəsiz da dayana bilir. Ancaq bəzi izlər saxlaya bilər. Söhbət depressiya, panik atak, əhvalın oynaması, antisosial davranış kimi psixi pozuntulardan gedir. Mövcüd problem insandan asılı olmayan haldır. Odur ki, valideynlərin övladlarının bu vəziyyətindən sıxılması, nəticədə uşağı da utandırması müsbət hal sayılmır. Ailə və yaxın ətrafdakı müəyyən xəbərdarlıq, ya da hansısa cəzalandırma metodları tik problemli azyaşlılar üçün daha pis fəsadlara yola aça bilər. Aygün Carçıyeva, Fariz Quluyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR