Rusiyada ömürlük həbsə məhkum olan soydaşımız cəzasını Azərbaycanda çəkəcək
Rusiyada ömürlük həbs cəzası almış Azərbaycan vətəndaşı Azərbaycana təhvil veriləcək. 19 yaşında Perm şəhərində 2 nəfəri xüsusi amansızlıqla qətlə yetirən Zaur Abbasov 1994-ci ildə məhkəmənin qərarı ilə ölüm hökmünə məhkum edilib. APA TV-nin xəbərinə görə, 1997-ci ildə Rusiya Federasiyasında ömürlük cəza ləğv edildiyindən eks-prezident Boris Yeltsinin imzaladığı qərarla Abbasov barəsindəki məhkəmə hökmü dəyişdirilib, ömürlük həbslə əvəzlənib. O vaxtdan soydaşımız cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində cəkib. İki ölkə arasında məhkumların təhvil verilməsi və təqsirləndirilən şəxslərin ekstradisiyasına dair anlaşma olduğundan məhkəmə təqsirləndirilən şəxsin cəzasını öz vətənində çəkmək istəyini müsbət qiymətləndirib. Məhkəmənin qərarına əsasən, Abbasov öz vətənində ömürlük azadlıqdan məhrum edilmiş şəxs sayılacaq və Rusiyanın analoji cəza cəkmə müəssəsindən ciddi fəqlənməyən şəraitdə məhkumluğunu sonadək davam etdirəcək.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib