Zaqatalada 3 nəfəri AVTOMATLA GÜLLƏLƏYƏNİN KİMLİYİ BİLİNDİ
Daxili İşlər Nazirliyi Zaqatalada baş verən atışma ilə bağlı məlumat yayıb.
APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə avtomat silahdan atəş açıb.
V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Balakən rayon sakini Samir Osmanovun törətdiyi müəyyənləşib. Faktla əlaqədar cinayət işi başlanıb.
Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib