Kəmaləddin Heydərov qəbul keçirdi
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Cəlilabad rayonunda cənub bölgəsindən olan vətəndaşları qəbul edib. APA TV-nin cənub bürosunun məlumatına görə, görüş FHN-in Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında baş tutub. Qəbulda Cəlilabadla yanaşı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri, eləcə də həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Fövqəladə hallar zamanı ev və obyektlərinə ziyan dəyən sakinlərin təmir və kompensasiya ilə bağlı problemləri dinlənilib.
Günün ikinci yarısına kimi davam edən qəbulda 100-dən çox sakin qəbula yazılıb. Bütün müraciətlər diqqətlə dinlənilib. Nazirliyin müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Şikayətlərin bir qismi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə əlaqədar qurumlara çatdırılması ötrü nəzarətə götürülüb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib