“Rəis qalib oldu, türk dünyası qazandı, həmişə də qazanacaq” - Kamal Cəfərov
- APA TV “28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqəddəratını təyin etdi, qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib. Deputat bildirib ki, 28 may seçkiləri nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub olub, Mehmetçik və Bayraktar qalib gəlib: “Eyni zamanda zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi, qeyri-əxlaqi dəyərlər məğlub oldu, ailə dəyərləri qalib gəldi, Türkiyəni dini və etnik kontekstdə bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı”. Kamal Cəfərov Türkiyəyə qarşı cəbhə alan hər kəsin məğlub olduğunu Ərdoğanın qazandığını vurğulayıb: “Rəis iştirak etdiyi bütün seçkilərdə qalib oldu, nəticədə türk dünyası qazandı, həmişə də qazanacaq”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu