Ukrayna müxalifəti NAZİRLƏR KABİNETİNİ MÜHASİRƏYƏ ALIB
Kiyevin Müstəqillik Meydanında gecələyən müxalifət tərəfdarları bu gün səhər Nazirlər Kabinetinin binasına yürüş ediblər.
“İnterfaks”ın verdiyi məlumata görə, təxminən 5-6 min mitinqçi hökumət binasının qarşısına gələrək “Banda – get!” deyə qışqırmağa başlayıb. Müxalifət fəalları hökumət binasının bütün girişlərini, eləcə də Milli Bankın binasını nəzarətə götürüblər.
Yürüşün başında gedən sabiq daxili işlər naziri Yuri Lutsenko iştirakçılara aksiyanın dinc xarakterli olduğu barədə xəbərdarlıq edərək təxribatlara uymamağa çağırıb.
Nazirlər Kabinetinin həyətində “Berkut” xüsusi təyinatlı milis dəstəsi əməkdaşlarının olduğu avtobuslar gözləyir. Onlar hələlik aksiyaçılara qarşı hər hansı tədbir görmürlər. Bazar günü Müstəqillik Meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən aksiyada Nikolay Azarovun başçılıq etdiyi Nazilər Kabinetinin istefaya getməsi tələb olunmuşdu.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib