Bank Of Baku

BAKIDA TEMPERATUR SIFIR DƏRƏCƏYƏ DÜŞƏCƏK

# 16:22
3 dekabr 2013

Azərbaycan ərazisində hava kəskin soyuyacaq. Hava şəraiti küləkli-yağmurlu olacaq. Bakıda və Abşeron yarımadasında dekabrın 3-ü günün ikinci yarısından etibarən güclənən şimal-qərb küləyinin dekabrın 4-ü günün birinci yarısınadək davam edəcəyi gözlənilir. Dekabrın 4-də günortadan sonra hava şəraitinin mülayimləşəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin qrup rəhbəri Tükəzban Hacıyevanın APA TV-yə verdiyi məlumata görə, havanın temperaturu gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.

Bölgələrdə də dekabrın 3-4-də hava şəraitinin kəskin dəyişkən olacağı bildirilir.

Ölkə ərazisində hava şəraiti dekabrın 5-dən etibarən nisbətən yumşalacaq. Bu iki gündə hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı bildirlir.



 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR