Adam oğurluğu ilə məşğul olan AZƏRBAYCANLI RYAZANDA HƏBS EDİLİB
2010-cu ildə adam oğurluğu cinayətində iştiraka görə federal axtarışa verilən Azərbaycan vətəndaşı Ryazanda həbs olunub. APA TV-nin məlumatına görə, istintaq orqanlarından gizlənən azərbaycanlı əvvəlcədən razılaşmaq yolu ilə qrup şəklində adam oğurluğu ilə məşğul olmaqda ittiham edilir. Adı açıqlanmayan soydaşımızın konkret olaraq hansı iş üzrə federal axtarışa verildiyi açıqlanmır. Daxili İşlər Nazirliyinin Nevski rayonu üzrə idarəsinin əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində 34 yaşlı Azərbaycan vətəndaşının Ryazanda olduğu müəyyənləşib və o xüsusi əməliyyat nəticəsində həbs edilib. Hadisənin təfərrüatları istintaqdan sonra məlum olacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib