Abşeronda bir gündə 4 NARKOMAN TUTULDU
Abşeron polisinin narkotik asılılğı olan 4 nəfəri həbs edib. APA TV-nin xəbərinə görə, rayon Polis İdarəsinin müstəntiqi Muxtar Muxtarov deyib ki, onların dördü də əvvəllər məhkum olunub.
Samir Quliyev və Tural Sadıqovu polislər evlərinin qarşısında həbs ediblər. Axtarış zamanı onların üstündən şəxsi islehlak miqdarından artıq çəkidə heroin aşkarlanıb. Samir Quliyev deyib ki, narkotiki tanımadığı şəxsdən alıb, evdə istifadə edir.
Tural Sadıqov isə həbsdən yeni çıxıb. Xeyli vaxt narkotikdən istifadə etməsə də, sonra yenidən narkotikin əsirinə çevrilib.
Həbs olunan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib