Salyan sakini 13 yaşlı tək oğlu üçün göz yaşı tökdü

# 18:01
26 sentyabr 2022

Salyan şəhərində, yaşamaq üçün yardımımıza ehtiyacı olan 13 yaşlı bir oğlanın ailəsindəyik.

 

APA TV-nin qaynar xəttinə gələn zəngdə, tək övladının yaşaması üçün köməyimizə ümidini bağladığını deyən Pərvanə ananın səsinə səs olmaq üçün buradayıq. Pərvanə Məmmədova deyir ki, 4 il əvvəl ərindən ayrılıb, oğlu Adil onun bu dünyadakı yeganə ailəsidir. İllərdir epilepsiyadan əziyyət çəkən oğluna indi də “Hipotalamik Hamartoma” diaqnozu qoyulub.

 

 

Ana deyir ki, həkimlər oğluna bir il vaxt qoyub. Əgər bir il ərzində əməliyyat olunmasa fəsadlar ağır olacaq. Əməliyyat üçün isə 15-20 min manat pul lazımdır.

 

Kömək etmək istəyən şəxslər 4169741335541254  nömrəli “Kapital Bank” hesabına pul köçürə və ya 050 625 68 65 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

Əlibəy Zeynallı

Elçin Həsənov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR