Bakıda SƏRNİŞİN AVTOBUSU MAĞAZAYA GİRDİ
Bakıda sərnişin avtobusu növbəti dəfə qəza törədib. Hadisə Şüvəlan qəsəbəsində Yesenin küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Elşən Teymur oğlu Əmirovun idarə etdiyi 90 VS 138 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu idarəetməni itirərək yol kənarında olan mağazaya çırpılıb. Hadisə şahidlərinin, eləcə də Xəzər Rayon Polis İdarəsinin yol patrul xidmətinin əməkdaşlarının APA TV-yə verdiyi məlumata görə, avtobus əvvəl başqa avtomobilə cırpılıb.
İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb avtobusun texniki cəhətdən nasaz olması göstərilir. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib