Hava necə olacaq? - PROQNOZ
Yaxın iki gündə Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dekabrın 6-da arabir güclənən şimal qərb küləyi, 7-də mülayim cənub qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz saatlarında 6-10 dərəcə isti təşkil edəcək. Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva APA TV-yə deyib ki, bölgələrimizdə dekabrın 6-da və 7-də əsasən, yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında duman-çiskin olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında Aran rayonlarında 7-12, dağlıq rayonlarda 0-5 dərəcə bəzi yerlərdə 7-dərəcəyədək isti təşkil edəcək.
Yaxın iki gün ərzində ölkə ərazisində arabir güclənən şimal qərb küləyinin cənub qərb küləyi ilə əvəz olunması meteohəssas insanlarda diskomfort hissi yaradacaq.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib