Yük avtomobili motosikletlə toqquşdu, 22 YAŞLI OĞLAN ÖLDÜ
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlümatına görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Abdullayev Famil Ağalar oğlunun idarə etdiyi 90 MG 281 dövlət nömrə nişanlı "Ford" markalı maşınla 43 yaşlı Asim Novruzovun idarə etdiyi idarə motesikil toqquşub. Nəticədə xəsarət alan motosikilin sürücüsü Kürdəmir rayon mərkəzi xəstəxanasına yerləşdirilib, sərnişini, rayonun Muğanlı kənd sakini, 22 yaşlı Sadiqov Tərlan Rasim oğlu hadisə yerində keçinib.
Fatkla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəşində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib