Zəncirvari qəza törədən AVTOŞ HADİSƏ YERİNDƏN QAÇDI
Gəncə şəhərində zəncirvari yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, şəhərin Şah ismayıl Xətai prospektində "Mercedes" markalı avtomobilllə hərəkət edən sürücü qoşa xəttin tələbini pozub. Dövlət Yol Polisi əməkdaşının "saxla" əmrinə tabe olmayan sürücü yüksək sürətlə hərəkət edərək yolun kənarında 4 minik maşınına çırpılıb.
Qəza nəticəsində Adil Abbasova məxsus "Mercedes", Məhəmməd Haqverdiyeva məxsus "VAZ 2107", Pənah Hüseyova məxsus "Hyundai Sonata" və Ülvi Namazova məxsus "VAZ 21015" markalı avtomobilə ciddi ziyan dəyib.
Zərbə çox güclü olduğundan avtomobilər yararsız hala düşüb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.Qəza törədən sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib