“Mercedes” motosikletlə toqquşdu - SÜRÜCÜLƏR ARASINDA DAVA
Xaçmazda sürücülərin davası ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Rəşid Behbudov və İsmət Qayıbov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, Rəşid Behbudov küçəsində hərəkətdə olan “90 MV 923” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, 28 yaşlı İmran Novruzov xəsarət alıb. Qəzadan sonra sürücülər arasında dava düşüb. İmran Novruzov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib