Keçmiş məhkumlar quldurluq etdiklərinə görə tutuldular

# 17:56
26 aprel 2021

Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Polis Şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinlini yaxalayıblar.

 

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin zərərçəkənin evinə daxil olaraq oradan nağd pul, qızıl-zinət əşyalarını götürdükləri məlum olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR