Amerikada ERMƏNİ MANYAKA HÖKM OXUNUB
Amerikanın Kaliforniya ştatında yaşayan erməni əsilli 27 yaşlı Karen Kazeryan məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
350 zərərçəkənin iştrakı ilə keçən məhkəmə prosesi 3 ay davam edib. APA TV -nin «Los Angeles Times» a istinadən verdiyi xəbərə görə, təqsirləndirilən şəxs qadınların şəxsi "e.mail" ünvanlarını sındırmaqla, onları şantaj etdiyini etifar edib. Məhkəmə istintaqı zamanı müəyyən olunub ki, Kazaryan ştatda yaşayan ortayaşlı qadınların «Facebook», «Skype» ünvanlarına daxil olmaqla onların dostluğunda olan r gənç qızlara soyunmağı və yarı-cılpaq şəkillərini cəkməyi məsləhət görüb. Buna əməl edənlər isə onun tələsinə düşüblər. Sonra onların şəkillərini yaddaşda saxlamaqla şantaja keçib. Bundan xəbər tutub polisə müraciət edəcəklərini deyənlərin özünə isə onların çılpaq şəkillərini göndərib. Bu görüntüləri «Facebook»da yerləşdirə biləcəyini deyib. İstintaq Kazaryanın bu işlə 1 ildən çox məşğul olduğunu sübuta yetirib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib