Qəzza su altında, 4 min sakin təxliyə olunub
Qəzza bölgəsində bir neçə gündür davam edən şiddətli yağışlardan sonra xilasetmə xidmətləri 4000-dən artıq adamı su basan ərazilərdən təxliyə edib. Xilasedicilər su basan evlərdə qalan adamları xilas etmək üçün balıqçı qayıqlarından istifadə etməli olublar. 10 orta məktəb təxliyə edilənlər üçün çığınacağa çevrilib. Dünyada əhalinin sıx olduğu bölgələrindən biri olan Fələstində vəziyyəti Misir və İsrailin blokadası daha da çətinləşdirir. Yanacaq qıtlığı yaranıb, elektrik enerjisi fasilələrlə verilir. Fələstin hökumətinin başçısı İsmayıl Haniyə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına müraciət edərək, təbii fəlakətlə mübarizədə təcili yardım istəyib.
BMT-nin fələstinli qaçqınlara yardım üzrə agentliyi Qəzza bölgəsinin şimalını təbii fəlakət zonası elan edib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib