Bank Of Baku

Müdafiə nazirinə İKİ YENİ MÜAVİN

# 14:14
21 dekabr 2013

Azərbaycan müdafiə nazirinin iki yeni müavini təyin olunub. Bu barəd APA-ya hərbi mənbələrdən məlumat daxil olub. Yeni müavinlər general-mayor Qorxmaz Qarayev və general-leytenant Kərəm Mustafayevdir. General-mayor Qorxmaz Qarayev eyni zamanda Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsinin rəisi, general-leytenant Kərəm Mustafayev isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsini tutacaq.

 

Yeni təyinatlarla müdafiə nazirinin müavinlərinin sayı 5 olub. Bunlar general-polkovnik Nəcməddin Sadıqov, general-leytenant Çingiz Məmmədov, general-mayor Ramiz Tahirov, general-mayor Qorxmaz Qarayev, general-leytenant Kərəm Mustafayevdir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR