Kür çayı DONDU
Kür çayının Türkiyənin Ardahan bölgəsindən keçən hissəsi donub. Bu ərazinin 189 km hissəsindən keçən Kür çayının donmasına səbəb Sibir ərazisindən gələn sərt şaxtalardır. Xüsusilə gecələr şaxtanın - 23 dərəcə C-yə düşməsi ilə çayın üzəri buz tutub. Hazırda buzun üstü uşaqlar üçün oyun sahəsi, gənc və yaşlı insanlar üçün isə gəzinti parkı olub. Kür çayının uzunluğu 1515 km-dir. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib