Bakıda piyada ölümü ilə nəticələnən qəza oldu – APA TV

# 03:39
16 sentyabr 2023

Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Heydər Əliyev prospektində qeydə alınıb. "Suzuki" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən orta yaşlı kişini vurub.

Bu zaman digər nəqliyyat vasitəsi - "Toyota" markalı avtomobil piyadanın üzərindən keçib. Qəza nəticəsində piyada hadisə yerində ölüb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəza törədən sürücülər saxlanılıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR